Meksika şkafından Amerikaya gizli yeraltı yol ŞOK

Evdə 9 nəfər saxlanılıb, 20 kq marixuana müsadirə olunub
Meksika şkafından Amerikaya gizli yeraltı yol ŞOK

Meksikalı əsgərlər və federal agentlər ABŞ-ın smərhəddində olan Tixuana şəhərində evlərin birindən düz ABŞ-a aparan yarımçıq tunel aşkarlayıblar. Tunelin girişi adi şkafla maskalanmışdı. 150 metrlik tunel demək olar ki, hazır imiş.

Hətta ventilyasiya sistemi və elektrik də çəkilibmiş.

Bura narkotiklərin qanunsuz dövriyyəsi və miqrantların qeyri-qanuni yolla sərhəddi keçməsi üçün hazırlanıbmış.

Evdə 9 nəfər saxlanılıb, 20 kq marixuana müsadirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə