Avropa Komissarı: "Suriyada 6 min avropalı döyüşür"

Bu barədə Avropanın ədliyyə məsələləri üzrə komissarı Vera Yourova bildirib
Avropa Komissarı: "Suriyada 6 min avropalı döyüşür"

Suriyada terror qruplarına qoşulan avropalıların sayı 6 minə çatıb. Bu barədə Avropanın ədliyyə məsələləri üzrə komissarı Vera Yourova bildirib.

"Avropa miqyasında bizim dəyərləndirmələrimizə görə, 5000-6000 vətəndaş Suriyaya gedib, onlardan 1,45 mini Fransadan olub", - deyə o, Figaro qəzetinə müsahibəsində bildirib. Komissar bu rəqəmlərin əsl həqiqətdən çox kiçik olduğunu da istisna etməyib.

Onun sözlərinə görə, ilk öncə belə halların qarşısı alınmalıdır.

Xatırladaq ki, fevral ayında 3 yeniyetmə qız Londondan Türkiyəyə, oradan da Suriyaya gedərək İŞİD terror təşkilşatına qoşulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə