Yəməndəki Dayanıqlılıq Fırtınası əməliyyatının sözçüsü general - mayor Əsiri əməliyyatın ən qısa zamanda müsbət nəticələrlə başa çatacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Yəməndə Husilərə qarşı keçirilən əməliyyata rəhbərlik edən Əsiri Riyaddakı hərbi hava bazasında təşkil etdiyi mətbuat konfransında, əməliyyatın sürətlə davam etdiyini deyib. Əməliyyat zamanı hədəflərin reallaşdığını ifadə edən Əsiri, koalisiya qüvvələrinin təşkil etdiyi hərbi əməliyyatın davam etdiyini və istənilən nəticəni verdiyini ifadə edib: "Bu əməliyyatlarla müsbət nəticəni ən qısa zamanda əldə edəcəyik. Husi ordusunun hərbi təchizatdan və yük bazalarından istifadə imkanlarının qarşısını almaq üçün Ədən şəhərində və ölkənin şimal bölgələrində fəaliyyət göstərən xalq komitələrinə dəstək verməyə çalışırıq. Ölkə sərhədlərinə fərdi hücumlar təsir etməyəcək. Husi ordusu bu bölgəyə zərər verə bilməyəcək".
Qeyd edək ki, Hadi rəhbərliyində olan Yəmənin, Ərəb Birliyi və beynəlxalq cəmiyyəti təcili hərbi müdaxiləyə çağırış etməsi ilə Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələri 26 Martda Husilərə qarşı hava hücumlarına start vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB