ABŞ prezidenti Barak Obama, keçmiş xarici işlər naziri Hillari Klintonun 2016-ci ilin seçkilərində seçilməsi halında mükəmməl bir ölkə başçısı olacağını söyləyib. SİA-nın xarici mediaya istinadən verdiyi xəbərə görə, Panamada təşkil edilən zirvə görüşünün ardından mətbuat konfransı təşkil edən Obama, Hillari Klintonun 2016-ci ilin prezident seçkilərinə namizədliyi ilə bağlı sualları cavablandırıb.
Obama, 2008-ci ildəki prezident seçkilərində Klintonun Demokrat Partiyası içərisində ən güclü namizəd olduğunu xatırladıb.
Prezidentliyinin ilk dövründə də, Hillari Klintonun fövqəladə bir xarici işlər naziri olduğunu qeyd edən Obama onun prezident olacağı təqdirdə əvəzedilməz bir ölkə başçısı olacağını da vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB