İdlibdən qaçış davam edir

İnsani Yardım İdarəsinin Suriyadan məsul Hatay ofisi bu ölkənin İdlib şəhəri ilə bağlı şok məlumat yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hatay ofisinin mətbuat katibi Karacaoğlu İdlib xalqının Əsəd rejiminin hücumlarına məruz qalmamaq üçün sərhəd bölgələrinə axın etdiyini ifadə edib: "Suriyanın İdlib şəhərindən qaçaraq Türkiyə sərhəddindəki kənd və qəsəbələrə gələnlərin sayı 100 mini keçib. Ötən gün İdlibin müxaliflərin əlinə keçməsinin ardından Əsəd rejiminin hava və qurudan hücuma keçməyə hazırlaşır. Son 3 gün ərzində Suriyanın Türkiyə sərhəddindəki İdlib şəhərinin bir çox kənd və qəsəbəsində şiddətli qarşıdurma yaşanıb. Bölgədə insanlar küçəyə çıxa bilmir. İdlibdə onsuzda çətin olan həyat şəraiti daha da pisə doğru gedir. İdlib xalqı Əsəd rejiminin hücumlarına məruz qalmamaq üçün sərhəd bölgələrinə axın edirlər. Özləri ilə bir neçə əşya götürən xalq, İdlibdən qaçaraq Türkiyənin Hatay şəhərinin Reyhanlı ərazisinin qarşısındakı başda Atme qəsəbəsi olmaqla Kəramə, Sarmada, Harim və Kah bölgəsinə gəlib. Burda boş əraziyə və çadır düşərgələrinə yerləşiblər. Sərhəd bölgəsinə gələnlərin sayı 100 mini keçib".

Karacaoğlu sərhəd xəttinə gələn insanlar üçün təcili qida, yataq, çadır və suya ehtiyac olduğunu qeyd edib. Digər tərəfdən, Türkiyə sərhəddinə yaxın bölgədə hücumların sıxlığı görülərkən, partlayış səsləri müəyyən vaxtlarda Reyhanlı ərazi mərkəzindən də eşidilir.

Bütün xəbərlər Facebook səhifəmizdə