Londonda islam əleyhinə ilk aksiya

Londonda islam əleyhinə ilk aksiya

İngiltərənin paytaxtı Londonda islam əleyhinə ilk aksiya keçirilib. Aksiyada 2 minə yaxın insan iştirak edib. Nümayiş zamanı etirazçılar irqi və ksenofob şüarlar səsləndiriblər.

Eyni zamanda şəhərin mərkəzi küçələrdən birində İslam tərəfdarları da nümayiş keçirib. Polis qruplar arasında toqquşmaları əngəlləmək üçün güc tətbiq etməli olub. Yaranmış isnident zamanı islam əleyhidarlarından bəziləri saxlanılıb.

Bu arada, Almaniyanın Drezden şəhərində də"Qərbin islamlaşmasına qarşı vətənpərvər avropalılar" (PEGİDA) tərəfdarlarının da etirazları davam edir. Təşkilat yaydığı bəyanatda gələn həftə təşkil edəcəyi mitinqdə 30 mindən çox insanın iştirak edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə