Cameron ailəsi seçki öncəsi imicini qüvvətləndirir FOTOLAR

Cameron ailəsi seçki öncəsi imicini qüvvətləndirir FOTOLAR

İngiltərədə May ayında keçiriləcək seçkilərə 1 ay qalmış Baş nazir David Cameron və həyat yoldaşı Samantha Cameron "10 Nömrə" olaraq adlandırılan evlərinin qapılarını "You" jurnalına açıblar. SİA-nın məlumatına görə, İngiltərədə Samantha Cameronun jurnala verdiyi müsahibə və ölkənin 1 nömrəli ailəsinin fotoşəkilləri seçki öncəsi David Cameronun imicini qüvvətləndirmək üçün strateji bir addım olaraq qəbul edilib. Samantha Cameron reportajda həyatını itirən uşaqları İvan barədə ilk dəfə ətraflı olaraq bəhs edərək qeyd edib ki, David Camreon evə gəldiyi andan etibarən bütün işlərini unudaraq yalnız ailəsi ilə maraqlanır: "Sabah 08: 15də yemək masasına otururuq. David, burada sənədlərini bir kənara qoyub yalnız bir ata olaraq yeməkdə iştirak edir. Qızlar məktəbə getmədən öncə ataları tərəfindən saçları yoxlanılır. Evdəki lampa dəyişdirmə və şkaf təmiri kimi kiçik işləri ümumiyyətlə mən edirəm".
Daha sonra Samantha Cameron həyat yoldaşı ilə bağlı mediada yayımlanan tənqidi materialları normal qarşıladığını vurğulayaraq qeyd edib ki, bu cür materialların olması David Cameronun əmək fəaliyyətinə daha da böyük stimul verir.

Bütün xəbərlər Facebook səhifəmizdə