Əlcəzair Yəməndən 160 nəfər vətəndaşını çıxarıb. Bu barədə informasiyanı "RİA-Novosti" agentliyi yayıb. Agentliyin məlumatına görə, vətəndaşlarını Yəməndən gətirən Əl Cəzair təyyarəsində həmçinin 40 tunisli, 8 liviyalı, 3 mərakeşli və 1 fələstinli olub.
Qeyd edək ki, aprelin 3-də 2 Rusiya təyyarəsi Yəməndən 311 nəfər şəxsi Moskvaya gətirmişdi. Moskvaya gətirilən şəxslərdən 152-si Rusiya, 47-si Özbəkistan, 16-sı Belorus, 8-i Ukrayna, 6-sı Azərbaycan, 4-ü Qırğızıstan, 4-ü Moldova vətəndaşı olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB