Ermənilər ABŞ Konqresində oyun oynayır?

Ermənilər ABŞ Konqresində oyun oynayır?

ABŞ Konqresinə ermənilərin 1915-ci il qondarma soyqırımı ilə bağlı qanun layihəsi təqdim ediləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "tərəfsiz və uzunömürlü Türkiyə - Ermənistan əlaqələrinin davam etdirilməsi" mövzusunda hazırlanan qanun layihəsi, artıq Konqresə təqdim olunacaq. Qanun layihəsini hazırlayaraq Konqresə təqdim edən isə Respublikaçılar Partiyasının Florida millət vəkili Kart Klavsondur. Belə ki, o, artıq 1915-ci il hadisələri ilə bağlı qanun layihəsini ABŞ prezidenti Barak Obamaya da səsləndirib. Layihədə qeyd olunur ki, "ABŞ prezidentinə Türkiyə və Ermənistanın ortaq maraqlarının müdafiəçisi və ABŞ-ın bu bölgədəki önəmli strateji tərəfdarı olaraq, gələcək 100 ildə tərəfsiz, uzunömürlü və davamlı Türk – Erməni əlaqələri üçün çalışacağımıza çağırış edirik".

Qanun layihəsində aşkar şəkildə qeyd olunur ki, Rusiya və İran bölgədə gedən proseslər nəticəsində kənarda qalıb və öz güclərini artıq itiriblər. Amerika isə bu bölgədə nəzarətini zəiflədib. Nəticədə, Avropa və Asiya arasında körpü rolunu oynayan Türkiyə öz mövqeyini daha da gücləndirib.

Bundan başqa, Türkiyə, Azərbaycan, Gürcüstan və İranla sərhəd olan Ermənistanın ABŞ-ın dəstəyinə böyük ehtiyacı olduğu qeyd edilən qanun layihəsində, gələcək 100 ildə sabitliyin bu bölgədə qorunması üçün Konqresin bu layihəyə dəstək verməsinin vacib olduğu da vurğulanır.

İnkişaf naminə Türk İnstitutunun idarə heyətinin sədri Dərya Daşqın isə, Klavsonun bu layihəsinin tarixi bir yenilik olduğunu ifadə edib: "Biz İnstitut olaraq bu məsələni diqqət mərkəzində saxlayırıq. Layihənin tarixdə ilkə imza atdığını deyə bilərəm. Çünkü, digər layihələr həmişə Türkiyənin günahlandırılması mahiyyətini daşıyırdı. Lakin yeni layihədə gələcək 100 ilə baxış var. Həmçinin, bu layihədə Türkiyənin regionda tutduğu mövqedən danışılır və sülhün qoruyucusu olaraq təqdim olunur".

Bu məsələdən sonra isə, siyasətçilərin beynində belə sual formalaşıb: Ermənilər ABŞ Konqresində yeni oynayır, yoxsa həqiqətən də ağıllanıblar?

Bütün xəbərlər Facebook səhifəmizdə