Əl-qaidə 300 məhkumu sərbəst buraxdı

Əl-qaidə 300 məhkumu sərbəst buraxdı

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinin Yəmənə hücumu Əl-Qaidə terror təşkilatını hərəkətə keçirib. SİA-nın xarici KİV-ə istinadən xəbərinə görə, adı çəkilən terror təşkilatı Yəmənin Mukalla şəhərində yerləşən bir həbsxanaya hücum təşkil edib və nəticədə 300 məhkum sərbəst buraxılıb.

Əl-Qaidənin hücumu nəticəsində iki təhlükəsizlik işçisi və 5 məhkumun öldürüldüyü bildirilir.

Əl-qaidə həmçinin Mukalla şəhərində bir çox dövlət əhəmiyyətli binalara və banklara da hücum təşkil edib.

Qeyd edək ki, hazırda Yəməndə Husilər və onların müttəfiqlərinə koalisiya qüvvələri havadan zərbələr endirirlər. Terror təşkilatı Əl-qaidə və İŞİD isə hər iki tərəfə qarşı döyüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə