Bu saatlarda TÜRK Hava Yollarına məxsus İstanbuldan Sao Pauloya gedən təyyarədə bomba qeydi tapılınca, pilot təyyarənin qalxdığı zamandan 5 saat sonra Kasablankaya təcili eniş etdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, THY-nın TK-15 səfər saylı Boeing 777 tipi təyyarəsi bu gün saat 10:18-də 256 sərnişinlə Atatürk Hava limanından qalxıb. Bir müddət sonra uçuş qrupu tərəfindən təyyarənin ayaqyolunda "bomba" yazılan bir kağız parçası tapılıb. Şimali Afrika üzərində olan THY təyyarəsi Kasablanka Hava limanında uçuş qülləsinə təcili olaraq enmək istədiklərini ifadə edərək təcili eniş edib. Təhlükəsizlik tədbirləri görüldükdən sonra təyyarənin yoluna davam etməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB