Sarkisyan asiyalı iş adamlarına YALVARDI

Sarkisyan asiyalı iş adamlarına YALVARDI

"Asiyanın iş adamlarını İrəvana dəvət edirik. Xüsusilə də çinli iş adamlarını İrəvandakı boşluğu doldurmağa dəvət edirik". Bunu Ermənistan prezidenti Serj Sarkisyan Çində keçirilən Boao Beynəlxalq İqtisadi forumunda çıxışı zamanı deyib.

O ali tribunada nitq söyləyərkən belə ölkəsinin tənəzzül dövrünü yaşadığını gizlətməyib: "Biz asiyalı iş adamlarına ürəkləri istədikləri şəraiti yaradacağıq. Onları Ermənistanda görməkdən şad olardıq. Çinli biznesmenlər üçün də ölkəmiz yeni bazar ola bilər. Onlarda bu boşluğu doldurma gücünü hiss edirəm. Biz də İpək yolundan kənarda qalmaq istəmirik. Siz İran vasitəsi ilə Avropaya yolunuzu bizdən sala bilərsiniz. İran – Ermənistan dəmiryolu xətti tezliklə inşa olunacaq. Bundan sonra bu dediklərimiz sizlərin razılığı ilə reallaşa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə