Qəza yerindən 600 insan qalığı götürüldü

Qəza yerindən 600 insan qalığı götürüldü

Almaniyanın "Germanwings" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin qəzaya uğradığı yerdən 400-dən 600-dək insan bədəni qalığı götürülüb. Bu barədə Fransa polisi məlumat yayıb.

İspaniyadan Almaniya istiqamətində hərəkət edən təyyarə martın 24-də Fransanın dağlıq ərazilərində qəzaya uğrayıb.

Hava gəmisinin göyərtəsində 144 sərnişin, 6 heyət üzvü olub. Qəza zamanı sağ qalan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə