Çində həyəcan siqnalı verildi

Çində həyəcan siqnalı verildi

Çinin şimalını təsiri altına alması gözlənilən qum fırtınası səbəbiylə şimal bölgələrdə mavi həyəcan siqnalı verildi. SİA-nın məlumatına görə, Çin Milli Meteorologiya Mərkəzi, ölkənin şimalını bu gündən etibarən cənginə alması gözlənilən təsir qum fırtınasının Sincan Uyğur Muxtar Bölgəsi, Daxili Monqolustan Muxtar Bölgəsi, Ningşia Hui Muxtar Bölgəsi və Gansu əyalətində təsirli olacağını açıqlayıb.

Qum fırtınasının daha təsirli olacağı ərazilərda yaşayan əhaliyə evdən bayıra çıxmamaları məsləhət görülüb. .

Qeyd edək ki, Çində hava xəbərdarlıq sistemi, öz təsir gücünə görə müvafiq olaraq mavi, sarı, narıncı və qırmızı olmaqla dörd rəngdə həyəcan siqnalı ilə bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə