Son 80 ilin ən dəhşətli fəlakəti

Son 80 ilin ən dəhşətli fəlakəti

Çilidə Atakama səhrasının yerləşdiyi bölgədə son 80 ilin ən dəhşətli sel fəlakəti meydana gəlib. SİA-nın məlumatına görə, sel səbəbiylə bölgəyə elektrik verilməsi dayandırılıb və nəqliyyatın hərəkəti iflic olub. 48 minə yaxın adam isə içməlisu qıtlığı çəkir. Copiapo və Antofagasta bölgələrində yerləşən məktəblərdə dərslər dayandırılıb.

Çili prezidenti Mişel Bachelet fəlakət bölgəsində fövqəladəvəziyyət elan etdi. Daxili İşlər naziri Rodrigo Peñailillo, yardım və ictimai asayişi təmin etmək üzrə bölgəyə hərbi birliklərin sövq edildiyini bildirib.

İlkin məlumatlara görə sel nəticəsində artıq 7 nəfər dünyasını dəyişib, 19 nəfər isə itkin düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə