Prezidentliyə namizədlərin qeydiyyatı yekunlaşdı

Prezidentliyə namizədlərin qeydiyyatı yekunlaşdı

Qazaxıstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərində namizədlərin qeydiyyatının yekunları barədə məlumat verib. SİA-nın məlumatına görə, martın 15-də prezidentliyə namizədlərin irəli sürülməsi, martın 25-də isə qeydə alınması başa çatıb. MSK-nın məlumatına görə, bu müddətdə 20 iclas keçirilib və 48 qərar qəbul edilib. Xatırladaq ki, ölkə prezidentliyinə 27 namizəd irəli sürülmüşdü. Namizədlər arasında iki qadın namizəd də var. Namizədlərin orta yaş həddi 54,2 təşkil edib. Onu da qeyd edək ki, bir neçə şəxs könüllü olaraq namizədliyini geri götürüb, bəziləri isə dövlət dili imtahanından keçə bilməyib.

Sonda yalnız üç namizəd qeydə alınıb: "Nur Otan" partiyasından Nursultan Nazarbayev, Qazaxıstan Milli Кommunist Partiyasından Turqun Sızdıkov və namizədliyini özü irəli sürmüş Abelqazı Kusainov.

Artıq təbliğat və təşviqat kampaniyası başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə