Artıq uzun müddətdir hərbi əməliyyatların aparıldığı Ukraynanın dövlət başçısı Pyotr Poroşenko bir neçə gündür özü ilə silah gəzdirməyə qərar verib.
Ukraynanın prezidenti bu günlərdə hərbçilər qarşısına çıxarkən onun sağ ayağındakı tapança diqqəti cəlb edib. Xarici media bunu ölkə başçısının daxili və xarici düşmənlərdən ehtiyatlanması ilə əsaslandırıb.
Pyotr Poroşenkonun açıq şəkildə silah gəzdirməsi faktı ilk dəfə – martın 26-da diqqəti cəlb edib. Borispol aeroportunda hərbçilərlə görüşən dövlət rəhbəri onların qarşısına həm hərbi geyim, həm də yaxın məsafəni hədəfə alan silahla çıxıb.
Qeyd edək ki, dünyanın bəzi ölkələrinin dövlət başçıları silah gəzdirirlər. Lakin bununla bağlı məlumatlar olduqca məxfi saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB