ABŞ-ın Aerokosmik Agentliyi – NASA 2025-ci ildə asteroid üzərinə astronavt göndərəcək. NASA-nın yaydığı məlumata görə, qurumun direktor müavini Robert Laytfut bildirib ki, astronavtları Ayın orbitinə yaxın gətiriləcək asteroidin fraqmenti üzərinə göndərmək nəzərdə tutulub. Bu məqsədlə pilotlu "Oiron" kosmik gəmisi istifadə olunacaq.
Amerikalı mütəxəssislər 2020-ci ildə müəyyən bir asteroidə uçan aparat göndərərək onun üzərindəki bir fraqmenti Yerin süni peyki olan Ayın orbitinə tərəf gətirəcəklər. Bu proses 5 il vaxt aparacaq. Yalnız bundan sonra astronavtlar həmin asteroid parçasına doğru uçacaqlar. Layihənin dəyəri 1,25 milyard dollardır. NASA hesab edir ki, bu layihə insanın 2030-cu ildə Marsa uçuşunu həyata keçirmək üçün ilkin mərhələ olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB