Məşhur ingiltərəli aparıcı Kelli Osborn yumurtalıqlarını əməliyyatla götürmək niyyətində olduğunu açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, aparıcı bədənində xərçəng genlərinin tapıldığını bildirib.
"Bilirəm ki, gec-tez Ancelina Coli kimi bu addımı atmaq məcburiyyətində qalacam. Əgər uşaqlarım olacaqsa, mən onlarla bütün həyatım boyunca birlikdə olmaq istəyirəm. Buna görə var gücümlə nə lazımdırsa, hər şeyi edəcəyəm. Ancelina Colinin bu hərəkətinə heyran qaldım. O, belə ciddi problemə bütün insanların diqqətini cəlb edib"-deyə, aparıcı qeyd edib.
Xatıladaq ki, bir müddət bundan əvvəl dünyanın ən gözəl qadınlarından biri, Hollivudun tanınmış ulduzu, BMT-nin xoşməramlı səfiri olan Ancelina Coli əməliyyat masasına uzanaraq yumurtalıqlarını kəsdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB