Faciədə 3 Qazaxıstan vətandaşı həlak olub

Faciədə 3 Qazaxıstan vətandaşı həlak olub

Ötən gün günorta saatlarında qəzaya uğrayan Almaniyanın Germanwings aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsində həlak olan 150 nəfərdən 3-nün Qazaxıstan vətəndaşı olduğu məlum olub. SİA-nın Qazaxıstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Fransua Olland və İspaniyanın Baş naziri Mariano Raxoy А320 təyyarəsinin qəzaya uğradığı yerə baş çəkəcəklər.

Xatırladaq ki, qəza nəticəsində təyyarədəki 150 nəfərin hamısı həlak olub.

Bütün xəbərlər Facebook səhifəmizdə