Baş nazir Arseniy Yasenyuk Ukrayna Müdafiə Nazirliyindən silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsini tələb edib. Rusiya prezidenti Vladimir Putinin Qərb Hərbi Dairəsi və əlahiddə Hava Desant Qoşunlarına tam döyüş hazırlığı əmri verməsindən sonra Ukrayna da hərəkətə keçdi.
Baş nazir Arseniy Yasenyuk regionların rəhbərləri ilə keçirilən müşavirədə Ukrayna Müdafiə Nazirliyindən silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsini tələb edib.
"Münaqişə zonasındakı vəziyyət nəzərə alaraq Müdafiə Nazirliyi və Baş Qərargahdan silahlı qüvvələrin tam döyüş hazırlığına gətirilməsini tələb edirik", - Ukraynanın baş naziri söyləyib.
Yasenyuk həmçinin Fövqəladə Vəziyyətlər üzrə Dövlət Xidmətindən əhalinin müdafiəsi üçün lazımı addımları atmağı, həmçinin aviasiya hücumlarından müdafiə olunmaq üçün sığınacaqların hazırlanmasını tələb edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB