Türkiyə 25-ci parlament seçkilərinə hazırdır

Türkiyə 25-ci parlament seçkilərinə hazırdır

Türkiyə Böyük Millət Məclisinə iyunun 7-də keçiriləcək 25-ci parlament seçkilərinə dair təqvim elan olunub. Ölkə üzrə bütün dairə və məntəqə seçki komissiyaları martın 14-dən fəaliyyətə başlayacaq. Namizədlərin qeydiyyatı aprelin 7-də başa çatır.

Ali Seçki Komissiyası namizədlərin qeydə alınması, onlar barədə ictimaiyyətə ilkin məlumatın verilməsi tarixi, habelə xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə təşkil olunacaq səsvermənin qaydaları və seçkilərə aid digər məsələlər barədə məlumatlar yayıb.

Sabir Şahtaxtı, AZƏRTAC

Bütün xəbərlər Facebook səhifəmizdə