Misirin Xurqada şəhərində "Heterosiklik kimya" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda AMEA Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitunun direktor müavini texnika elmləri üzrə fəlsəfə doktoru Təranə Məmmədova,şöbə müdiri texnika elmləri doktoru,professor Leylufər Əliyeva, laboratoriya müdiri kimya elmləri doktoru Avtandil Talıbov, texnika üzrə fəlsəfə doktoru, dosent Muxtarova Gülbəniz, elmi işçi Rzayeva Nigar iştirak edib. Misirin Sohaq Universitetinin və Misir Heterosiklik Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Yaponiyadan, Cexiyadan, Hollandiyadan, Belçikadan,İordaniyadan, Kanadadan, Çindən və ABŞ-dan heterosiklik birləşmələr sahəsində tanınmış alimlər plenar məruzələrlə çıxış edib. Konfransda 24 plenar məruzə dinlənilmiş və 80-dən stend məruzə nümayiş olunub. Təranə Məmmədova "Neft turşuları əsasında imidazolinlərin alınması və onların dizel yanacağına aşqar kimi tədqiqi", Leylufər Əliyeva "N,O – tərkibli heterosiklik birləşmələrin sintezi və tədqiqi", Avtandil Talıbov "Təbii neft turşuların efirlərinin ion mayesi katalizatoru iştirakında sintezi",Gülbəniz Muxtarova "Qudronun katalitik krekinqin ağır qazoylu ilə birlikdə suspenzləşdirilmiş nanostrukturlu katalizatorun iştirakı ilə hidrokrekinqi", Nigar Rzayeva "N – tsikloheksil amidinin olein turşusunun sulfat törəməsinin sintezi və CO2 korroziya inhibitoru kimi tədqiqi" adlı məruzələrlə çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB