Bu il aprelin 26-da Qazaxıstanda prezident vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, həmin seçkilərdə prezident vəzifəsinə namizədlər irəli sürülməsi prosesinə bu gün start verilib. Namizədlər irəli sürülməsi 2015-ci il fevralın 26-da başlanır və martın 15-də başa çatır.
Zəruri sayda seçici imzası toplamış namizədlərin qeydiyyatı bütün lazımi sənədlər MSK-ya göndəriləndən sonra başlanır və martın 25-də başa çatır. Martın 26-da təşviqat dövrü başlanır. Bu proses aprelin 24-də gecə yarısı başa çatacaq. Aprelin 25-i sakitlik günü elan edilir. Səsvermə aprelin 26-da saat 7:00-dan 20:00-dək keçiriləcək.
Xatırladaq ki, dövlət başçısı Nursultan Nazarbayevin Fərmanına əsasən, Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2015-ci il aprelin 26-a təyin edilib.
Dövlət başçısı deyib: "Qarşıdakı seçkilərdə öz iştirakım barədə qərarı bir qədər sonra, ölkəmizin Konstitusiyasına və qanunlarına tam müvafiq şəkildə qəbul edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB