Kibercinayətkar haqqında məlumat verənə 3 milyon

ABŞ-ın hakimiyyət dairələri şirkətlərin və sıravi amerikalıların parollarını ələ keçirərək onlara 100 milyon dollardan çox ziyan vuran Rusiya vətəndaşı Yevgeni Boqaçevin rəhbərlik etdiyi kibercinayətkarlar dəstəsinin həbsinə əsas verən məlumatları təqdim edən şəxsə 3 milyon dollar ödəməyə hazırdır. Xarici KİV xəbər verir ki, bunu bəyan edən ABŞ Federal Təhqiqat Bürosunun (FTB) məlumatına əsasən, hazırda xakerlərin başçısı çox böyük ehtimalla Rusiya ərazisində gizlənir.

FTB-nin əməkdaşları bundan əvvəl kompyuterləri viruslarla yoluxdurmaq yolu ilə ABŞ biznesinə və vətəndaşlarına milyonlarla dollar ziyan vuran "Gameover Zeus" adlı geniş şəbəkəni aşkara çıxararaq zərərsizləşdiriblər.

Federal Təhqiqat Bürosu uzun illər ərzində apardığı araşdırma nəticəsində öz aralarında möhkəm rabitə əlaqəsi yaratmağa nail olmuş kibercinayətkarlar qrupunun əsasən Rusiya və Ukrayna ərazilərində lövbər saldığını müəyyən edib.

Bütün xəbərlər Facebook səhifəmizdə