Ən nüfuzlu şirkətlərin reytinqi açıqlanıb

Ən nüfuzlu şirkətlərin reytinqi açıqlanıb

"Fortune" jurnalı tərəfindən illik "Ən nüfuzlu şirkətlər reytinqi" açıqlanıb. SİA-nın məlumatına görə, reytinqə əsasən, ABŞ-ın "Apple" şirkəti bu il də birinci olmaqla ardıcıl səkkizinci ildir liderliyini uğurla qorumağa nail olub. "Google" şirkəti ikinci yeri tutub. "Apple" innovasiya, işçi heyətinin idarə olunması, korporativ aktivlərdən istifadə, sosial məsuliyyət, keyfiyyətli idarəetmə, maliyyə sabitliyi, uzunmüddətli investisiyalar, məhsul keyfiyyəti və dünya bazarında rəqabətqabiliyyətlilik kimi doqquz kateqoriya üzrə ən yüksək qiymətə layiq görülüb. Son siyahı müxtəlif şirkətləri təmsil edən 4104 aparıcı əməkdaşın rəyi öyrənildikdən sonra tərtib olunub. "Fortune" versiyasına görə, "Ən nüfuzlu şirkətlər reytinqi" onluğuna ümumilikdə daxildir: "Apple", "Google", "Berkshire Hathaway", "Amazon.com", "Starbucks", "Walt Disney", "Southwest Airlines", "American Express", "General Electric", "Coca-Cola".

Bütün xəbərlər Facebook səhifəmizdə