3 müsǝlman gǝncin ABŞ-ın Şimali Karolina ştatında öldürülmǝsi İslam alǝmindǝ dǝrin kǝdǝr yaradıb. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, öldürülǝn gǝnclǝr üçün müxtǝlif ölkǝlǝrdǝ anım mǝrasimlǝri keçirilir. Mәrhumlar Avstriyanın paytaxtı Vyanada müsǝlman qeyri hökumǝt tǝşkilatları tǝrǝfindǝn Qraben bölgǝsindǝ tǝşkil edilǝn vǝ 400-ǝ yaxın insanın qatıldığı mәrasimdә dualarla anılıblar.
Tǝdbirdǝ çıxış edǝnlǝr Qǝrb mediası vǝ siyasi xadimlǝrin bu qǝtliama sǝssiz qalmalarını tǝnqid ediblǝr. Öldürülǝn gǝnclǝr Hollandiyada da anılıblar. Minah adlanan Müsǝlman Qadınlar Tǝşkilatının paytaxt Amsterdamda tǝşkil etdiyi anım mәrasimindә türk vǝ mǝrakeşlilǝrlǝ yanaşı aralarında hollandiyalıların da olduğu xeyli insan iştirak edib.
Mәrasimdә Qurani Kǝrimdǝn ayǝlǝr oxunaraq öldürülǝn gǝnclǝr üçün dualar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB