SİA xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Pyotr Poroşenko Minsk danışıqları ilə bağlı jurnalistlərə qısa açıqlama verib. Prezidnet danışıqlarda hələ ki irəliləyişin olmadığını etiraf edib: "Hələ ki, yaxşı xəbərlər yoxdur. Rusiya tərəfinin təklifləri qəbuledilməzdir".
Rusiya mətbuatının məlumatına görə isə "normadın dördlüyü"ü 14 saatlıq danışıqlarda böyük irəliləyişə nail olublar. 12-14 bənddən ibarət olan Minsk razılaşmasının 80 faizinin razılaşdırıldığı bildirilir. Rusiya, Fransa, Ukrayna prezidentlərinin və Almaniya kanslerinin görüşün nəticəsi ilə bağlı yekun sənəd imzalayacağı və bundan sonra sənədin işçi qrupa göndəriləcəyi bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB