Yunanıstan Aralıq dənizinin Şərq hissəsində Kiprlə hərbi əməkdaşlığını davam etdirmək niyyətindədir. SİA "itar-tass"a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Panos Kammenos Kiprə etdiyi rəsmi səfəri zamanı deyib. O, Kiprin müdafiə naziri Xristoforos Fokiadosla söhbətində bəyan edib ki, təmsil etdiyi ölkəsinin silahlı qüvvələri Kiprlə yanaşı, İsrail və böyük ehtimalla Misirlə birgə hərbi təlimlər keçirməyi planlaşdırır.
Yunanıstanın müdafiə naziri Türkiyəni ittiham edərək iddia edib ki, bu ölkə "1974-cü ildə Kipr adasının bir hissəsini işğal edib". Yunan nazir həmçinin onu da iddia edib ki, Türkiyə Kiprin iqtisadi zonası adlanan ərazisində "Barbaros" gəmisi vasitəsilə "təxribata cəhd edib".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB