Təraşın dərini daha diri və daha gənc tutmasından ötəri xüsusilə Asiyalı qadınlar arasında yayıldığı bildirilib. İspaniyada nəşr olunan "La Vanguardia" qəzetində yer alan bir xəbərdə, təraşın dərini daha diri və daha gənc tutmasından ötəri xüsusilə Asiyalı qadınlar arasında yayıldığı bildirilib.
İngilis elm adamlarının reallaşdırdığı bir araşdırmada təraş olarkən zamanla tüklərin daha sərt və daha qara çıxma ehtimalının kişilərə nisbətlə qadın cildində eyni reaksiyanı göstərmədiyi ortaya çıxıb.
İngilis həkim Michael Prager verdiyi açıqlamada təraşın dəridə yaşlanmağı gecikdirdiyini qəbul edərək təraşlı bölgədəki dərinin canlılığının digər bölgələrə nisbətən daha çox olduğunu söylədi. Araşdırmaya qatılan digər bir həkim Neal Schultz isə illərcə təraş
olan bir kişinin eyni yaşdakı qadına görə daha az yaşlandığının təyin olunduğunu xatırladaraq bu üsulun qadınlar arasında da tətbiq oluna biləcəyini bildirib.
Araşdırmaya qatılan Angela Grave adlı bir qadın həftədə üç dəfə təraş olduğunu, təraş sonrası üzünə sürdüyü kremlərdən çox müsbət nəticələr əldə etdiyini və tüklərin nə daha qara, nə də daha sərt çıxdığını ifadə edib. Üzündəki tükləri səkkiz il ərzində həftədə üç dəfə təraş edən bir qadın "Üzümdəki yumşaqlığı nə "lazer epilyasya"sı nə də "lipuçka" edərək əldə edə bildim. Köpük sürərək təraş olmaq ən yaxşı həll yoludur "deyib. Yaponiyada yaşayan qadınların bu metoddan illərcə istifadə etdiyi və təraş olmağı gözəlliyin bir hissəsi kimi görüldüyü də bildirilib. "La Vanguardia" qəzeti ayrıca dünyadakı bəzi gözəllik firmalarının qadınlar üçün xüsusi təraş köpükləri çıxardığını və bunları sürətlə bazara sürərək əhəmiyyətli gəlirlər əldə etməyə başladığını yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB