Rusiya qırıcıları Ukraynaya zərbə endirdi

Rusiya aviasiyası Debaltsevo ətrafında Ukrayna ordusunun mövqelərini bombalayıb
Rusiya qırıcıları Ukraynaya zərbə endirdi

Rusiya hərbi aviasiyası Ukrayna ordusunun Donetsk vilayətinin Debaltsevo şəhəri ətrafındakı mövqelərini bombalayıb. Bu barədə "censor.net" saytı məlumat yayıb.

İki ədəd "Su-25" təyyarəsi Debaltsevo ətrafındakı Novoqriqoryevka yaşayış məntəqəsində mövqe tutan Ukrayna Silahlı Qüvvələrinin 40-cı batalyonunun mövqelərinə zərbə endirib. Bir qədər sonra Rusiya hərbi təyyarələri ikinci dəfə eyni mövqeləri bombardman edib. Məlumatı 40-cı batalyonun Lomakin soyadlı baş leytenantı da təsdiqləyib və Rusiyaya məxsus 4 qırıcı təyyarənin onların mövqelərinə hücum etdiyini bildirib: "Bizə hava hücumlarından müdafiə vasitələri lazımdır. Bu, artıq gün ərzində ikinci hücumdur".

Bütün xəbərlər Facebook səhifəmizdə