İŞİD-ə qarşı quru əməliyyatı başlayır

İŞİD-ə qarşı quru əməliyyatı başlayır

Barak Obamanın müavini, ABŞ-ın İŞİD əleyhinə koalisiyada rəsmi nümayəndəsi Con Alen yaxın həftələrdə terror qruplaşmasına qarşı quru əməliyyatların başlayacağını deyib. O, İordaniyanın Petra informasiya agentliyinə verdiyi müsahibədə deyib: Yaxın həftələrdə İraq ordusunun başçılığı altında İŞİD-ə qarşı geniş quru əməliyyatlarına start veriləcək və terror qruplaşmasının əlində olan ərazilər tamamilə azad ediləcək. Əməliyyatlarda koalisiyanın hava qüvvələri də iştirak edəcək.

İraqın baş naziri Heydər əl-Abadi yanvar ayında bəyan eləmişdi ki, bir aydan sonra İŞİD döyüşçülərinə qarşı genişmiqyaslı hücumlara başlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə