Avropa İttifaqının ən nüfuzlu ölkəsi İsveç

Avropa İttifaqının ən nüfuzlu ölkəsi İsveç

Almaniya və Böyük Britaniya ilə yanaşı, İsveç də Avropa İttifaqının ən nüfuzlu ölkələrindən biridir. Beynəlxalq Münasibətlər üzrə Avropa Şurasının "ECFR" 2014-cü il üçün yeni reytinqdə belə deyilir. "ECFR" Avropa İttifaqının üzvü olan 28 dövlətin siyahısını onların Aİ-nin ümumi xarici siyasətinə göstərdiyi təsirə müvafiq tərtib edib.

Məsələn, ötənilki hesabata görə, Almaniya xarici siyasət ilə bağlı baxışlarının və ideyalarının xeyli hissəsini Aİ-nin gündəliyinə daxil etməyə müvəffəq olub və buna görə də ən nüfuzlu ölkə sayılıb. Xarici siyasət zəminində nüfuzuna görə ikinci yeri İsveç və Böyük Britaniya tutub.

"ECFR"-in məruzəsində deyilir: "İsveçin fəaliyyətinin yüksək qiymətləndirilməsi Çinə münasibətdə Aİ-nin mövqeyinin əlaqələndirilməsində, Avropada demokratik islahatlar siyasətinin, habelə iqlim dəyişiklikləri, terrora qarşı müharibə və Ukrayna münaqişəsi məsələlərində Avropanın mövqeyinin gücləndirilməsinin dəstəklənməsində onun fəallığı ilə bağlı olub".

Beləliklə, ərazisini və əhalisini nəzərə alsaq, İsveç Aİ-nin üzvü olan ən nüfuzlu ölkədir. Onu da qeyd etmək lazımdır ki, İsveç bu reytinqdə öz nəticələrini daim yaxşılaşdırıb, məsələn, 2012-ci ildəki dördüncü yerdən 2013-cü ildə üçüncü yerə yüksəlib./azertag/

Bütün xəbərlər Facebook səhifəmizdə