Belarus nümayəndə heyəti Riqada keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində yalnız bərabərhüquqlu əsasda iştirak edəcək. Bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey ölkənin ONT ümummilli telekanalının efirində bəyanat verib.
O vurğulayıb ki, Belarusda ölkənin nümayəndə heyətinin sammitdə iştirak edəcəyinə ümid edirik. Nazir deyib: "Lakin bu halda Avropa tərəfdaşlarımıza birmənalı olaraq bildiririk ki, biz bərabərhüquqlu əsasda dəvət olunmalıyıq. Biz elə bərabərhüquqlu əsasda iştirak etməliyik ki, Belarusa münasibətdə heç bir ayrı-seçkilik olmasın".
Sammitə hazırlıq nəzərdə tutulan rejimdə gedir. Nümayəndə heyətinə kimin rəhbərlik edəcəyi barədə qərar sonra veriləcəkdir.
Xarici siyasət idarəsinin başçısı bildirib ki, Belarus "Şərq tərəfdaşlığı"nda iştirakını "proqram ölkəyə fayda gətirənədək davam etdirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB