Yaponlar yeni test fikirləşiblər

Yaponlar yeni test fikirləşiblər

Yaponiya alimləri təsdiq edirlər ki, 20 saniyə ərzində bir ayağı üstündə dayana bilməyənlərdə insult riski yüksək olur. Rusiya KİV-ləri xəbər verir ki, tədqiqatlarda könüllü iştirak edən 67 yaşında 841 qadın və 546 kişi 60 saniyə ərzində bir ayaqları üstə dayanıb. Onların beyin damarlarının işi qiymətləndirilib. Bundan əlavə, tədqiqatçılar iştirakçıların çəkiləri və keçirdikləri həyat tərzi haqqında məlumat toplayıblar. Məlum olub ki, bir ayağı üstündə 20 saniyə dayanmağa dözə bilməyənlərin 15,3 faizində beyinə qansızmalar daha çox olur. Tarazlığı saxlaya bilməyənlərin 30 faizində isə beyin qan dövranı iki dəfə artıq pozulur. Eyni zamanda, tarazlıqlarını saxlaya bilməyən insanlarda əqli qabiliyyətin zəifləməsi prosesi gedir.

Alimlərin fikrincə, əgər bir şəxsin ayaq üstə durmasında pozğunluq müşahidə olunursa, demək, onun beyin fəaliyyətində də problem var. Tədqiqatçılar tarazlığı saxlaya bilməyən bütün yaşlı insanlara nevroloqa müraciət etməyi məsləhət bilirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə