Sabah ABŞ prezidenti Barak Obama Milli Təhülkəsizlik Strategiyasını açıqlayacaq. SİA-nın məlumatına görə, 33 səhifəlik Milli Təhülkəsizlik Strategiyası sənədində güclü siyasi dəyişikliyin olmayacağı gözlənilir.
Hesabatın qısa təqdimatında prezident B.Obama yürütdüyü siyasəti müdafiə edib. ABŞ prezidenti bildirib ki, "belə bir mürəkkəb dünyada, bizim üzləşdiyimiz bir çox problem tez və asan yolla həll olunmur". Obama təhdidlərlə üzləşən zaman verilən qərarlarda ehtiyatlı olmaq barədə xəbərdarlıq edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB