“Yanukoviç Ukraynaya geri verilməlidir”

“Yanukoviç Ukraynaya geri verilməlidir”

Rəsmi Kiyev Rusiyanın Baş Prokurorluğuna müraciət edib. Bu haqda məlumatı TASS agentliyi yayıb. Müraciətdə deyilir ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin yeri müəyyən edilsin və saxlanılaraq Kiyevə təhvil verilsin.

Bu müraciəti Ukraynanın Baş prokuroru Vitali Yarema imzalayıb.

Yanukoviçlə yanaşı Azarov, Zaxarçenko, Pşonka, Yakimenko və digərlərinin də tutularaq Ukraynaya verilməsi tələb edilib.

Yarema vurğulayıb ki, Yanukoviç Ukrayna iqtisadiyyatına 6 milyard dollar ziyan vurub.

Qeyd edək ki, Viktor Yanukoviç Maydan hadisələrindən sonra ötən ilin fevralında ölkədən qaçaraq Rusiyada sığınacaq alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə