"ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır". Bu barədə "Vol Strit Jurnal" Ağ Evdəki mənbəsinə istinadla məlumat yayıb.

Mənbə hazırkı sanksiyalar paketinin Rusiya iqtisadiyyatına ciddi zərbə vurmasına baxmayaraq, Kremlin mövqeyini dəyişmədiyini bildirib:

"Kreml Ukrayna məsələsində mövqeyini dəyişməyib. Bu səbəbdən ABŞ Rusiyaya qarşı yeni, bu dəfə biznes sanksiyalara hazırlaşır".

Qeyd edək ki, Barak Obama CNN-ə müsahibəsi zamanı Ukraynaya silah ötürülməsinə ehtiyac görmədiyini və öz məqsədinə yalnız diplomatik əlaqələr vasitəsilə çatacağını söyləmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə