İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı pilot Muaz əl Kəsasbehini edam edib. İordaniya televiziyasının bu axşam verdiyi rəsmi xəbərə görə, iordaniyalı pilot bir ay əvvəl, yanvarın 3-də qətlə yetirilib. İordaniyanın Hərbi qüvvələrinin bəyanatında deyilir ki, İordaniya Haşimilər Krallığı ilk qündən əsir düşmüş M.Kəsasbehin azad edilməsi üçün əlindən qələn səyləri qöstərməsinə baxmayaraq, onun taleyi faciəvi şəkildə sona çatıb. Bəyanatda qeyd olunur ki, İordaniya bu qətlin qisasını mütləq şəkildə alacaq və bu şəhidin qanı yerdə qalmayacaq.
Qeyd edək ki, İordaniya Kralı II Abdullah bu hadisə ilə əlaqədar ABŞ-a səfərini təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB