Qahirənin mərkəzində əldəqayırma deyil, səs bombası partladılıb

Qahirənin mərkəzində əldəqayırma deyil, səs bombası partladılıb

Dəqiqləşdirilmiş məlumatlara əsasən, çərşənbə axşamı səhər Qahirənin mərkəzində Talaat Harb meydanı yaxınlığında güclü partlayış, əvvəlcə güman edildiyi kimi əldəqayırma partlayıcı qurğunun deyil, səs bombasının partlaması nəticəsində törədilib. Bu barədə Misir kütləvi informasiya vasitələrinə Qahirə polisinin rəhbəri məlumat verib.

Bildirilir ki, səs bombasının partlayışı nəticəsində heç kəs xəsarət almayıb, yaxınlıqdakı mağazalardan birinin vitrini sınıb.

Hazırda Misirin güc strukturlarında baş verənlərin təfərrüatı aydınlaşdırılır və səs qurğusunu yerləşdirən adamların axtarışı aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə