Piton ilanın ətini yeyən şəxsə 9 il həbs cəzası verilib
İlanaların mühafizə olunduğu Zimbabvedə 58 yaşındakı kişi müalicəsi üçün piton əti yediyi üçün 9 il müddətinə həbs olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zimbabveli Arkvel Maramba evində çoxlu sayda ilan saxlayırmış və onların ətindən müalicəsi üçün istifadə edirmiş.
Bundan xəbərdar olan polis onu həbs edib. Məhkəmə qarşısında özünü müdafiə edən A. Maramba deyib ki, ilan ətini onurğasında olan ağrıları müalicə etmək üçün istifadə edib: "Piton əti yemişəm. Çünki, ağrılarımı yüngülləşdirirdi".
A. Marambanın evində axtarış aparan polis çoxlu sayda ilan dərisi və piton əti tapıblar.
Qeyd edək ki, Zimbabvedə ilan əti yeyənlərə ağır cəzalar verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB