Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın baş müşaviri Aydın Ünal istefa verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Aydın Ünal prezident Ərdoğanın komandasında fəaliyyət göstərib. Baş nazir olandan indiyə kimi onun çıxışlarının hamısını A.Ünal imzalayıb. O, prezidentin çıxışlarının mətnlərini yazan 7 nəfərlik qrupa başçılıq edib.
Məlumata əsasən, A.Ünalın istefasının səbəbi bu ilin iyun ayının 7-də keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürmək niyyətidir.
Qeyd edək ki, bundan sonra Türkiyə prezidentin çıxışlarını yazan qrupa Hamdi Kılıc rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB