Son 24 saat ərzində 9 Ukrayna hərbçisi öldürülüb. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Xidmətinin İnformasiya Mərkəzinin sədri Andrey Lısenko jurnalistlərə açıqlamasında bildirib.
"Son 24 saat ərzində 9 qəhrəman hərbçimiz həlak olub, 29 nəfər isə yaralanaraq separatçılara əsir düşüb" – deyə yayılan məlumatda bildirilir.
Qeyd edək ki, Donetsk vilayətində son günlər Ukrayna ordusu və separatçılar arasında toqquşmalar qeydə alınır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB