Yunanıstanı xilas edən tapılacaqmı?

Yunanıstanı xilas edən tapılacaqmı?

"Yunanıstandan bütün borcunu ödəməyi gözləmək qeyri-realdır". Bunu seçkilərdə qələbə qazanmış Sriza partiyasının iqtisadiyyat üzrə sözçüsü Evklid Tsakalatos deyib.

"Heç kim inanmır ki, Yunanıstan borcu geri qaytara bilər. Bu, alınmayacaq", - Tsakalatos qeyd edib.

İqtisadçı vurğulayıb ki, Yunanıstanın uğursuzluğu ilə avrozona dağılarsa, bu, lap pis olar:

"Yunanıstan iflas olaraq avrozonadan çıxarılarsa, avrozona dağılacaq. Biz əvvəldən də demişik ki, avrozona, avro təhlükədədir. Amma bu təhlükə Srizadan deyil. Bu, iqtisadi siyasətdəndir".

Qeyd edək ki, radikal solçu Sriza partiyası bazar günü keçirilən seçkilərdə qalib gəlib və Yunanıstanın yenidən 240 milyard avro borc götürməsini istəyir.

Avropa İttifaqı liderləri isə Yunanıstan hökümətinə bildirib ki, ölkə donorların qaydalarına əməl etməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə