“İslam Dövləti” bir yaponun edam olunduğunu bəyan etdi

“İslam Dövləti” bir yaponun edam olunduğunu bəyan etdi

"İslam Dövləti" terror təşkilatı internet vasitəsilə yayımladığı radio yayımında əsir saxladığı iki yapon vətəndaşından brinin edam olunduğunu bəyan edib. SİA xəbər verir ki bu barədə "ria novosti" Yaponiyanın "nhk" telekompaniyasına istinadən məlumat yayıb. Edam olunan yapon vətəndaşı Xaruna Yukavadadır. Onun edam olunması barədə məlumat 38 saniyə ərzində yayımlanıb. Lakin edamın detalları barədə müfəssəl informasiya verilməyib.

Qeyd edək ki, ötən həftənin çərşənbə axşamı "İslam Dövləti" təşkilatı ictimailəşdirdiyi videomüraciətdə tələb etdikləri 200 milyon dolları ala bilmədikləri təqdirdə əsir saxladıqları iki yapondan birini edam edəcəklərini bəyan etmişdi. Bildirilmişdi ki, Yaponiya hökuməti "İslam Dövləti" ilə mübarizə üçün ayırdığı vəsaitdən 200 milyon dolları məhz bu təşkilata verməlidir. Vəsaitin son ödənilməsi tarixi ötən həftənin cümə günü başa çatıb.

Şənbə günü isə sosial şəbəkədə yaponiyalı jurnalist Kendzi Qotonun videosu yayılıb. O, həmin videoçəkilişdə bildirib ki, artıq Xaruna Yukava edam edilib. Onun əlində edam edilmiş Yukavanın başsız bədənini əks etdirən fotoşəkil olub. Ekspertlər videoçəkilişin həqiqətəuyğun oluğunu bildiriblər.

Xatırladaq ki, yapon vətəndaşının edamı ilə yanaşı, o terrrorçuların qərarlarının dəyişildiyini də deyib. Həmin tələbə görə, "İslam Dövləti" terrorçu Səccədə ər-Rişayi azad olunmalıdır. Belə ki, bu qadın 2005-ci ildə öz əri ilə birgə İordaniyanın Əmman şəhərində "Radisson" otelundə terror hadisəsi törətməyə çalışıblar. Qadının üzərində olan partlayıcı kəmər işə düşmədiyi üçün sağ qalıb. Lakin o, digər terror hadisələri törətməsinə və 60 nəfərin qətlinə görə edam cəzasına məhkum olunub.

Bu ərəfədə Yaolniya hökuməti bəyan etmişdi ki, öz vətəndaşının azad olunması və terrorçu qadının "İslam Dövləti"nə təhvil verilməsi üçün əlindən gələni etməyə hazırdır.

Hazırda Yaponiyanın Əmmandakı səfirliyində əsir vətəndaşının azad olunması üçün qərargah fəaliyyət göstərir. Bildirilir ki, Yaponiya hökuməti İordaniya ilə sıx əlaqədədir. Lakin aparılan danışıqların tam təfərrüatı barədə heç bir xəbər verilmir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə