Donald Tramp ABŞ-ın prezidenti olmağa hazırlaşır

Donald Tramp ABŞ-ın prezidenti olmağa hazırlaşır

ABŞ-ın Respublikaçılar Partiyasının üzvü, tanınmış iş adamı, milyarder Donald Tramp Ayova ştatında, təmsil olunduğu partiyanın yığıncağında bəyan edib ki, o, ölkə prezidenti olmaq üçün namizədliyini irəli sürəcək.

SİA xəbər verir ki, bu barədə "lenta.ru" yazıb. "Mən çox ciddi şəkildə qərara gəlmişəm ki, prezidentlik postuna namizədliyimi irəli sürüm. Bu vəzifənin öhdəsindən layiqincə gəlməyi düşünürəm"-deyə, Tramp bəyan edib. O qeyd edib ki, bu posta namizədlik üçün, respublikaçılar arasında özündən layiqli adam görmür. Belə ki, Donald Tramp buna misal kimi 2012-ci ildə Barak Obamaya uduzmuş Mitt Romnini göstərib. Onun fikrincə, həmin seçkilərdə Obama üzərində qələbə qazanmaq asan idi.

Donald Tramp eks-prezident Corc Buşun kiçik qardaşı, Floridanın qubernatoru olan 43 yaşlı Ceb Buş haqqında da tənqidi fikirlərini bildirib.

Qeyd edək ki, Donald Tramp 2008-2012-ci illərdə keçirilən prezident seçkiləri öncəsi də namizədliyini irəli sürəcəyini bəyan etmişdi. Lakin sonradan o, öz qərarını dəyişmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə