Ötən gün Suriyada Bəşər Əsədin tabeliyində olan ordunun müxtəlif şəhərlərdə müxaliflərin nəzarətində olan ərazilərə yerdən və havadan təşkil etdiyi hücumlarda 92 adamın öldürüldüyü bildirilib. SİA-nın məlumatına görə, Suriya İnsan Haqqları təşkilatının yaydığı məlumatda deyilir ki, Əsəd rejimi ordusunun havadan və qurudan həyata keçirdiyi əməliyyatlarda müxaliflərin idarəsində olan ərazilər ağır silahlarla bombalanıb. Paytaxt Şamın ətrafında 61, Dera şəhəri ətrafında13, İdlibdə 5, Humus və Hama şəhərlərində 8, Lazkiyədə 3 və Kuneytrada 2 nəfər həyatını itirib. Əsəd ordusuna qarşılıq verən Suriya Ümumi İnqilab Şurasının (SRGC) əsgərlərinə aid döyüş təyyarələri paytaxt Şamın Hamuriyə, Duma, Dareya və Cobar bölgələrini mütəmadi olaraq bombalayıb.
İdlibdəki Əsəd rejiminin idarəsində olan Əbu Zuhur hərbi hava limanında ordu ilə müxalif qüvvələr üz-üzə gəlib. Əsəd ordusu ilə silahlı müxaliflər arasında şiddətli qarşıdurmaların yaşandığını dilə gətirən SRGC, orduya aid vertolyotların İdlib və ətrafındakı müxaliflərin əlində olan yerləri bombaladığını ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB