Bu haqda məlumatı Kralın fərmanına əsasən Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb. Kral Abdullahın həyatını itirməsindən sonra yeni Kral olan Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanı müdafiə naziri təyin edib.
Bu haqda məlumatı Kralın fərmanına əsasən Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.
Məlumatda deyilir ki, Kral Salman xarici işlər, neft və maliyyə kimi digər nazirliklərdə bir dəyişiklik etmədiyini bildirib.
Bu arada daxili işlər naziri şahzadə Məhəmməd bin Nayef də Vəliəhd şahzadə Mükridən sonra taxtın ikinci sıradakı varisi olaraq müəyyənləşdirilib.
Beləliklə, Kral ailəsindən üç nəfər ilk dəfə taxtın varisi olub.
Dövlət televiziyasında çıxış edən Kral Salman Səudiyyə Ərəbistanının yaradılmasından bu yana yürüdülən siyasətin dəyişməyəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB