Münaqişə qurbanlarının sayı 5 min nəfəri keçib

Münaqişə qurbanlarının sayı 5 min nəfəri keçib

Ukraynadakı münaqişə zamanı ən azı 5086 nəfər həlak olub. Bu barədə yanvarın 23-də Cenevrədəki brifinqdə BMT-nin ali komissarının insan haqları üzrə rəsmi nümayəndəsi Rupert Kolvill məlumat verib.

TASS informasiya agentliyi xəbər verir ki, BMT rəsmisi real rəqəmlərin bundan xeyli artıq ola biləcəyindən narahatlığını ifadə edib. Keçən ilin aprel ayının ortalarından yanvarın 1-nə qədər azı 10948 nəfərin yaralandığını bildirən Rupert Kolvill yanvarın 13-dən 21-dək aparılan hərbi əməliyyatlar nəticəsində isə 262 nəfərin həlak olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə