Somalinin paytaxtında Türkiyə nümayəndə heyətinə hücum edilib
5 polis həlak olub

Somalinin paytaxtı Moqadişo şəhərində minalanmış avtomobilin partladılması nəticəsində 5 polis həlak olub, onlarla insan yaralanıb. Təhlükəsizlik xidmətinin rəsmi nümayəndələrinin məlumatına görə, partlayıcı prezident sarayının yanında işə salınıb.

Hücum edənlərin hədəfi Türkiyənin nümayəndə heyəti olub.

Türkiyə vətəndaşlarından heç birinin xəsarət almadığını deyən Xarici İşlər Nazirliyinin rəsmisi hücumun hədəfinin nümayəndə heyətinin qaldığı mehmanxana olduğunu bildirib.

Somali hökumətinin terror aktı ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirdiyi barədə məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə